Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tramp Obamanın qadağaların aradan qaldırdı – Şimal Qütbü yenə Amerikanın ixtiyarında

05.03.2020 12:27

ABŞ prezidenti Donald Tramp keçmiş  prezident Barak Obamanın dövründə qüvvədə olan qadağalara bir-bir son qoyur.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, Trampın imzaladığı yeni fərmanla Atlantik və Şimal Qütb dairəsində neft axtarmaq üçün qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Tramp  neft bazarındakı geriləmə dövrünə baxmayaraq bu fərmanının minlərlə yeni iş imkanı yaradacağını deyib.

Keçmiş  ABŞ prezidenti Barak Obama Ağ Evdəki son günlərində Şimal Qütbündə neft axtarmağı qadağan edən  fərman imzalayıb. Obama bu sərəncamı neft sızıntılarının qarşısını almaq və vəhşi təbiəti qorumaq məqsədilə qəbul edib.

Digər tərəfdən Obamanın prezidentlik mandatını təhvil vermədən əvvəl gördüyü son işlərdən biri olan Şimal Qütbünə qarşı məhdudiyyətlərin başqa tərəfi də var. ABŞ xarici işlər naziri Reks Tillersonın nazirlik vəzifəsinə başlamazdan öncə icraçı direktoru olduğu “Exxon Mobil” şirkəti bölgədəki neft axtarışında mühüm rol oynayırdı. O vaxt Obamanın verdiyi qərarın Ekson Mobilin bölgədəki fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıdığı ilə bağlı şərhlər verilib.