Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tramp Putini dəli etdi

05.03.2020 12:27

Rusiya prezidenti Vladimir Putin ABŞ-n “NBC” kanalına maraqlı açıqlamalar verib.

Об этом сообщает Руспрес

ABŞ prezidenti Donald Trampın yaxın əhatəsi ilə əlaqələrinin olduğuna dair səslənən iddialara sərt cavab verən Putin Trampın keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flinn ilə əlaqəsi olmadığını bildirib:

“Bu axmaqlıqdır. Bu cür məlumatların mənbəyi nədir? Flinn ilə nə üçün xüsusi bir münasibətim olsun  ki? Onunla heç bir əlaqəm yoxdur, doğru-dürüst söhbət belə etməmişik. Bir vaxtlar Moskvaya gəlirdi, amma mən onunla heç vaxt görüşməmişəm. Bildiyim qədərilə, hazırda yüzlərlə şirkətin amerikalı təmsilçiləri Rusiyaya gəlir. Bu şəxslərin hamısından məlumat topladığımızı düşünürsünüz? Deyəsən, hamı ağlını itirib!”.

Bu cür iddiaların “xəstə insanlar” tərəfindən ortaya atıldığını deyən Putin 2016-ci il ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi haqda deyilənlərin də həqiqətə uyğun olmadığını qeyd edib.

Xəyalə Bünyatova // A24.Az