Tramp vergi sistemini sadələşdirir – YENİ FƏRMAN
05.03.2020 12:27Donald Tramp vergi islahatı və maliyyə məsələləri ilə bağlı üç fərman imzalayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyində keçirilən mərasimdə fərmanları imzalayan Tramp maliyyə naziri Stiven Mnuxinə üç sahədə araşdırma aparmaq və 150 gün ərzində Ağ Evə hesabat hazırlamaq üçün əmr verib.
Tramp qarşısına ilk növbədə Amerika vergi sistemini sadələşdirməyi məqsəd qoyub. “İnsanlar vergi prosedurlarını həyata keçirə bilmir. Vergi sistemi çox mürəkkəbdir”.
Vergi sahəsindəki “mürəkkəb aktları” azaldacağını bildirən Tramp orta sinif və müəssisələr üzərində vergi nisbətlərini aşağa salmaq istədiyini vurğulayıb.
Tramp Amerika iqtisadiyyatını daha ədalətli və zəngin etməyə söz verib.
O, ABŞ-dakı kiçik miqyaslı müəssisələrə daha çox kredit verilməli olduğunu qeyd edib. İmzaladığı üçüncü fərmanının “vergi tənzimləmələri nəticəsində hədsiz yükləri azaldacağı”nı deyən Tramp “Bu fərman maliyyə sabitlik üçün çox əhəmiyyətlidir” şərhini verib.
Ağ Evdən üçüncü qətnamənin detalları ilə bağlı verilən yazılı açıqlamada federal vergi sisteminin sadə, ədalətli, səmərəli və iqtisadi böyüməyə dəstək olacağını deyib.

