Trampa dəstək çıxan Klinton: “Rusiya bundan sonra bizdən qorxsun!”
05.03.2020 12:27Prezidentlik yarışında Donald Trampa məğlub olan Amerikanın keçmiş Xarici işlər naziri Hillari Klinton Amerikanın Suriyaya raket hücumu etməsinə münasibət bildirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, Klinton “Dünya Qadınlar Zirvəsi”ndə danışıb: “Əsədin hava qüvvələri var. Bu hava qüvvələri son illər və son günlər gördüyümüz kimi sivillərin ölümlərinə yol açır. Əsədin hava yollarını çoxdan yox etməli idik. Hələ də yox etməli olduğumuza inanıram”.
Hillari Klinton bildirib ki, yalnız bu yolla Suriyada məsum insanların ölümlərinə son qoymaq mümkündür: “Əsədə görə, ona qarşı olan hər kəs terrorçudur, Putin də belə düşünür. O, hava gücü ilə Əsədin siyasətinə güc verdi”.
Klinton əlavə edib ki, çoxdan uçuşa qadağa qoyulan bölgələr yaradılmalı idi. O, əlavə edib ki, siyasi fəaliyyətdə olduğu zaman ona verilən “Ruslardan qorxursunuzmu?” sualına belə cavab verib: “Məncə, artıq rusların bizdən qorxmalı olduğu bir zamandır. Suriya xalqının gələcəyi üçün çalışan bizik. Bunları Putinə və ətrafındakılara deməyə də özgüvənim var. Uçuşa qadağa qoyulan ərazilərin yaradılması mövzusunda bizimlə razısınız, ya yox? Qarışıqlığa yol açmaq istəmirik”.

