Trampdan qorxaraq qaçdı – Barmaqlarından oldu – VİDEO
05.03.2020 12:27Qanalı miqrantlar Seidu Məhəmməd və Razak Iyal ABŞ Prezidenti Donald Trampın ölkədə sənədsiz yaşayan miqrantları deportasiya edəcəyindən qorxaraq Kanadaya getmək istəyib. İki dost dondurucu soyuqda Şimali Dakotadan Kanadanın Manitoba şəhərinə keçmək üçün yola düşüblər.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Razak Iyal BBC-yə müsahibəsində deyib: “Əllərim donmuşdu. Təcili yardıma zəng etmək üçün əllərimi cibimə salıb telefonu çıxara bilmədim”.
Soyuqdan gözlərinin donduğunu və heç bir şeyi görmədiyini söyləyən Seidu Məhəmməd isə qarda gedərkən “İçimdə sanki bir şey yanır kimi hiss edirəm”, –deyə bildirib.
Yoldan keçən maşınlardan biri iki miqrantı görüb və dərhal təcili yardım çağırıb.
Xəstəxanaya aparılan köçkünlərdən Iyalin donmuş bütün barmaqları kəsilib.
Seidu Məhəmmədin də barmaqları və qulaqlarının bir hissəsini don vurub, həkimlər həmin hissələri kəsib götürməli olublar.

