Trampın səfərindən sonra yəhudilər Məscidül-Əqsaya hücum çəkdi
05.03.2020 12:27İsrail qüvvələrinin qoruduğu 200-dən artıq işğalçı yəhudi ilk qibləmiz olan Məscidül-Əqsaya hücum edib. Trampın səfərindən sonra baş verən bu hadisə etirazlara səbəb olub.
Об этом сообщает Роспрес
Saytımız “din.az”a istinadən xəbər verir ki, şərqi Qüdsün İsrail tərəfindən işğal edilməsinin 50-ci ildönümündə yüzlərlə yəhudi Məscidul-Aqsaya hücum edib.
Qüdsün İslami Vəqflər İdarəsindən verilən yazılı açıqlamada deyilir: “200-dən artıq işğalçı yəhudi İsrail polisinin müşayiətilə Məscidul-Aqsanın həyətinə girib müsəlmanlara qarşı xoşagəlməz hərəkətlər ediblər”.
Qeyd edək ki, beynəlxalq hüquqa əsasən, bütün yəhudi məskənləri qanunsuz qəbul edilir.

