Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

TRT-nin şərhçisini “erməni” sözü işlətməyinə görə peşman etdilər

05.03.2020 12:28

Dünən “Beşiktaş”ın “Lion”a 1:2 hesabı ilə uduzduğu Avropa Liqasının oyunundan öncə iki klubun azarkeşləri arasındakı davanın baş verməsində erməni təxribatının ola biləcəyi ehtimal edilir.
Matçın şərhçisi Alper Bakırcığil insident zamanı canlı yayımda bildirib ki, “Lion ermənilərin daha çox yaşağıdı bir şəhərdir. Dolayısı ilə türk azarkeşlərə qarşı təxribatların ola biləcəyi çox açıq şəkildə qeyd edilirdi” – kimi fikirlər işlədib.
Alper Bakırcığil ilə birgə oyunu şərh edən “Beşiktaş”ın sabiq futbolçusu Əli Gültiken isə buna cavab olaraq deyib: “Erməni vətəndaşlarımızın hamısını bu işə qarışdırmayaq. Erməni camaatı “Beşiktaş”ı çox sevən toplumdur. “Beşiktaş”a könül verən minlərlə insan tanıyıram. Azarkeşləri içində hadisəni terrorizmə çəkmək istəyənlər ola bilər”.
“Hürriyyət” qəzetinin yazdığına görə, Alper Bakırcığil ona yönələn hücumlardan sonra açıqlama yayaraq üzr istəyib və “yanlış anlaşıldığını” deyib.(qol.az)

Об этом сообщает Футляр от виолончели