Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tualetdə zorlanan əlil qadının məhkəmə açıqlaması hamını qəhərə boğdu: “Təcavüz insanın başına gəlmədən…”

05.03.2020 12:28

Fiziki qüsurlu qadına təcavüz edilib. A24.Az xəbər verir ki, İstanbulda ailəsiylə birlikdə yaşayan 39 yaşlı D. 12 il əvvəl əzələ xəstəliyinə yaxalanıb və əlil arabası vasitəsi ilə gəzməyə məhkum olub. O, 2016-cı ilin iyun ayında “facebook” vasitəsi ilə Erol G. (35) ilə tanış olub. Evli və üç uşaq atası olan Erol G. qadına həyat yoldaşından iki il əvvəl boşandığını deyərək onu aldadıb.

Об этом сообщает Роспрес

Münasibətləri irəliyə daşıyan cütlük bir müddət sonra dost olublar və sentyabrın 24-də görüşübülər. Erol G. fiziki qüsurlu qadına cinsi əlaqədə olmağı təklif edib. Təklifi rədd edən D. fiziki qüsürlular üçün nəzərdə tutulan tualetə gedib. Aldığı “yox” cavabından hiddətlənən Erol G. qadının arxasınca ayaqyoluna gedərək qapını içəridən bağlayıb və onu zorlayıb.

Hadisədən sonra huşunu itirən qadın özünə gəldikdən sonra xəstəxanaya gedib. Vəziyyəti ağır olan qadın əməliyyat edilmək istənilsə də, fiziki vəziyyəti buna imkan verməyib.

Elə həmin gün qadın polisə müraciət edib və həmin şəxs hadisədən bir gün sonra tutulub.

Həbs edilən Erol G. məhkəmədəki ifadəsində D. ilə duyğusal münasibətlərinin olduğunu, həmin gün də onun razılığı ilə cinsi əlaqəyə girdiklərini bildirib.

Məhəkəməyə yalnız 2-ci proses zamanı qatılan qadının ifadəsi isə hər kəsi qəhərə boğub.

 “Mənim hayatım onsuzda çətin idi. Bu hadisədən sonra həyata olan ümidimi itirdim. Çırpınıram… İnsanlara qarşı inancımı və güvənimi itirmişəm. Bir qadının başına gələ biləcək ən çətin şeyi yaşadım. Təcavüz insanın başına gəlmədən onu anlamaq olmurmuş”.

Foto Qalereya: