Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tünzalə Ağayeva Adnan Oktarın “kediciyi”dir?

05.03.2020 12:28

Əməkdar artist Tünzalə Ağayevanın sosial şəbəkələrdə yayılan bir fotosu müzakirələrə səbəb olub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, fotoda xanım müğənninin yanında Adnan Oktar tərəfdarlarının Azərbaycan şəbəkəsinə rəhbərlik edən şəxs kimi tanınan Ramiq Vəliyev də yer alıb. O, Adnan Oktarın verlişlərində bir neçə dəfə iştirak edib. Sözügedən şəxs eyni zamanda Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədridir.

Müğəninin həmin şəxslə, dolasıyla Adnan Oktarın rəhbərlik etdiyi dini sekta ilə əlaqələrinin olub olmaması barədə suallar yaranıb.

Məsələyə aydınlıq gətirmək üçün əməkdar artistlə əlaqə saxlamaq istəsək də, bu, mümkün olmadı.

Müğənninin prodüseri Yalçın Cabbarovdan həmin fotoya münasibət öyrənməyə çalışdıq. O, əvvəlcə “Bu mövzu haqqında heç bir məlumatım yoxdur. Sözügedən şəkli görməmişəm. İlk dəfə sizdən eşidirəm. Adnan Oktar deyilən şəxsi tanımıram. Buna görə bu haqda heçnə deyə bilmərəm” desə də, fotonu gördükdən sonra “Gözəl şəkildir, mən də varam” deyə cavab verib.

Minirə Qubatova // A24.Az