Turan İbrahimov ortaya çıxdı – ATV-ə qayıdır?
05.03.2020 12:28Çalışdığı telekanaldan qovulan Turan İbrahimovun yeni görüntüləri yayılıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bir müddət öncə ATV-dən qovulan qalmaqallı aparıcı Turan İbrahimovun sosial şəbəkədə yeni fotosu yayılıb. Oğlu Ömər və qardaşı oğlu ilə olan fotosu izləyicilər tərəfindən bəyənilib. Rəylərdə isə izləyicilər aparıcı üçün darıxdıqlarını və onu yenidən efirdə görmək istədiklərini yazıblar.
“Oğlum, hər səhər yuxudan duran kimi TV-ni yandırıb sizin apardığınız verilişə baxırdım. Bağlandığı üçün daha televizoru açmıram”, “Turan bəy, hardasınız? Gəlin artıq ATV-ə. Kor olsun məmurların gözü”, “Efirə çıxmağınızı istəyirik” və s. izləyicilər bu kimi rəylər yazaraq Turan İbrahimova sosial şəbəkə vasitəsi ilə səsləniblər.
Bu yaxınlarda sözügdən aparıcının özü də bildirmişdi ki, tezliklə efirdə olacaq.
Minirə Qubatova // A24.Az

