“Turan” informasiya agentliyinin direktoru saxlanılıb
05.03.2020 12:28“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Об этом сообщает Роспрес
Saytımızın “Turan” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev bu gün Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb.
Vəkil qeyd edib ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb.
Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib.
O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.
Xəbərdə bildirilir ki, Turan Agentliyi 37 min manat məbləğində verginin ödənilməməsi haqqında iddiaları qətiyyətlə təkzib edir və hesab edir ki, bu cinayət işi agentliyin yaradıcı kollektivinin azad peşəkar fəaliyyətinə qarşı yönəlib.

