Turistlər məmnun qalırmı? – Mərkəz monitorinqə başlayır
05.03.2020 12:28Milli Turizm Təbliğat Bürosu Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərində şəhərimizə gələn qonaqlara göstərilən xidmət səviyyəsininvə turist məmnunluğunun artırılması, eləcə də, kiçik və orta sahibkarlığa dəstək məqsədilə monitorinq və təlim proqramını həyata keçirir.
Об этом сообщает Руспрес
İaşə obyektlərinin sahiblərini göstərilən xidmət səviyyəsini ölçmək və işlərində irəliləyişə nail olmaq üçün bu proqrama qoşulmağa dəvət edirik.
Xidmətlər ödənişsiz əsasla göstərilir və nəticələr yalnız iaşə obyektlərinin sahibləri və menecerlərinə təqdim olunur. Nəticələrin ictimailəşdirilməsi nəzərdə tutulmur.
Layihədə iştirak etmək üçün aşağıdakı tələblərə cavab vermək zəruridir:
– iaşə obyekti kiçik və orta biznes kateqoriyasına aid olmalıdır;
– iaşə obyekti turistləri cəlb etmək potensialına malik olmalıdır;
– iaşə obyektlərinin sahibləri yenilikləri dəstəkləməli və xidmət səviyyəsinin artırılması arzusunda olmalıdırlar.
Layihədə iştirak ərizəsini doldurmaq üçün aşağıdakı linkdən istifadə edilməlidir.

