Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk aparıcı: “Azərbaycandan danışırıqsa, İlham Əliyevin gəlməsi lazımdır” – VİDEO

05.03.2020 12:28

Türkiyə kanallarından birində aparıcı İstanbulda keçiriləcək müsəlman ölkələrinin toplantısına kimlərin gəlib-gəlməyəcəyini şərh edib.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, aparıcı toplantıya çağırılan ölkələr arasında Azərbaycanın və prezidenti İlham Əliyevin də adını çəkib:

“Çox maraqlıdır, görəsən, Səudiyyə Ərəbistanı kralı gələcəkmi? Çünki bu ölkə liderlərinin zirvə toplantısıdır. Protokol olaraq baxdığımız zaman bir ölkə zirvə toplantısı keçirirsə, ora gələnlərin də ən yüksək mövqedə olması lazımdır. Əgər Azərbaycandan danışırıqsa, İlham Əliyevin gəlməsi lazımdır. Səudiyyə Ərəbistanı deyiriksə, kral gəlməlidir. BƏƏ-dirsə, oranın şeyxi gələcək, Qətərin şeyxi gələcək. Amma mənim üçün maraqlıdır, görəsən, çərşənbə günü bəzi ölkə liderləri gələcəkmi? Hətta təmsilçi göndərəcəklərmi? Bir az dərinə gedək, Sisi ilə Bəşər Əsəd gələcəkmi?”

Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM