Türk aparıcıdan Azərbaycanla bağlı maraqlı şərh – VİDEO
05.03.2020 12:28Türkiyə kanallarından birində yayımlanan “Saklanan Tarih” verilişində tarixçi Ahmet Anapalı Azərbaycanla bağlı etdiyi şərhində diqqət çəkib.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, tarixçi Suriya-İraq məsələsini müzakirə etdiyi qonağına “Bizim bu ölkədən başqa gedəcək yerimiz yoxdur. Yəni yaşayanda üstündə, öldüyümüz zaman altındayıq. Allah qorusun, bu ölkə işğal edilsə, parça-parça olsa, hansı ölkəyə sığınacağıq? Suriya və İraq kimi bir ölkə varmı? İran bizi torpağına alarmı?” sualla müraciət edib.
Qonaq isə “Ətrafımızda elə bir ölkə yoxdur. Bizi torpağına alsa-alsa Azərbaycan alar” deyib.
“Azərbaycanla sərhəddimiz yoxdur. Ortalıqda Ermənistan, bir də Naxçıvan var. Bəs Ermənistan bizi qarşı tərəfə keçməyə qoyarmı?” – deyə Ahmet Anapalı qeyd edib.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:
Firuzə Alimova / MTM

