Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk düşməni olan PKK-lı qadın nazir oldu

05.03.2020 12:28

PKK terrorçularının sıralarında olan Yeni Flaman İttifaqı Partiyasının millət vəkili Zuhal Demirin nazir olması qərarlaşdırılıb.

Об этом сообщает Руспрес

“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, kürt millət vəkili Zuhal Demir ötən ay Belçikanın dövlət kanalı olan “Canvas”dakı “De Afspraak” verilişində iştirak edərək Türkiyə və terror mövzusunda fikirlər səsləndirib.

PKK-lıların ordu sıralarında iştirak etdiyini gizlətmədi…

PPK-lıların ordu sıralarında olan zaman çəkilən şəkilləri barədə sual verilərkən Demir bunun möhtəşəm olduğunu söyləyib və Brüsseldə təşkil olunan PKK yürüşlərində iştirak etdiyini də gizlətməyib. Daha sonra PKK-ya qarşı simpatiyasının olmadığını söyləyən Demirə sosial mediada sərt reaksiyalar gəlib.

Ərdoğan “Belçika PKK-ya dəstək verən bir mərkəz oldu” demişdi…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət bundan əvvəl Belçikanın PKK və FETO-ya dolayı və birbaşa yolla dəstək verdiyini, adətən əhəmiyyətli bir mərkəz halına gəldiyini söyləmişdi. Bu terror təşkilatları Belçikada fəaliyyətlərini davam etdiyi kimi, bu ölkənin kanalları da bu təşkilatların üzvlərinə ekranlarını açır.