Türk futbolunda biabırçılıq – Azarkeşlər bıçaqla futbolçulara hücum etdilər
05.03.2020 12:28“Kasımpaşa” klubuna olan məğlubiyyət “Bursaspor” komandasının azarkeşlərini özündən çıxarıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, oyun sonrasında azarkeşlər klubun avtobusunu görüb, avtomobillərindən enərək futbolçulara hücum ediblər. Onlar avtobusa daxil olublar və əllərində olan bıçaq və digər sərt cisimlərlə oyunçuların üstünə gediblər.
Komandanın əksər üzvlərinin döyüldüyü hadisədə qapıçı Harun Təkin daha çox xəsarət alıb. Hadisə polisin müdaxiləsi ilə nəzarət altına götürülüb. Bütün klub heyəti və futbolçular azarkeşlərdən şikayətçi olublar.

