Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk hakerlər “Apple”a hücum etdi: 7 aprelədək vaxtları var, yoxsa…

05.03.2020 12:28

Texnologiya sahəsinin nəhəngi olan “Apple” onun türk hakerlər tərəfindən kiber hücuma məruz qaldığını iddia edir. Haker qrupu, əgər “Apple” istədikləri fidyəni verməzsə, bütün məlumatları silməklə təhdid edir.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, “Turkish Crime Family” adlı haker qrupu çoxlu sayda “Apple” istifadəçinin “iCloud” şifrələrini ələ keçirdiklərini söyləyib.

Fidyə 75 min dollar, son tarix 7 aprel…

“Apple”dan 75 min dollar fidyə istəyən haker qrupu 7 aprel tarixinə qədər vaxt verib. 7 aprel tarixinə qədər ödəniş edilmədiyi təqdirdə, bütün məlumatları siləcəyini iddia edən “Turkish Crime Family” kiber hücum gerçəkləşdirdiklərinə dair “YouTube”a video yerləşdirib. Ancaq “YouTube”a yüklənən videolar “Apple” tərəfindən sildirilib. Dəlillərin sildirilməsi “Apple”in həqiqətən də kiber hücuma məruz qaldığı iddialarını gücləndirib.