Türk höküməti FETO-nun “burnunun dibinə” qədər irəlilədi
05.03.2020 12:28FETÖ ilə Mübarizə Platforması ABŞ-ın Pensilvaniya ştatında təmsilçilik açacaq. A24.Az xəbər verir ki, FETÖ ilə sivil mübarizə platforması olan İzmir mərkəzli İctimai Ədalət və Yardımlaşma Dərnəyi (TAY-DER) Fətullah Gülənin yaşadığı Amerikanın Pensilvaniya ştatındakı dərnəyin təmsilçiliyini qurmaq üçün hazırlıqa başlayıb.
Об этом сообщает Руспрес
İdarəçilər FETÖ-nun Türkiyədəki dövlət qurumlarına necə “sızdığını” da deyəcəklər.
İdarəçilər getdikləri hər yerdə Amerikadakı Türklərlə də bağlantıya keçərək FETÖ liderinin qaldığı Pensilvanyada dərnək təmsilciliyinin açılması üçün çağırış da ediblər. TAY-DER-in bu çağırışına tez bir zamanda müsbət cavab da gəlib və Gülənin yaşadığı Amerikanın Pensilvaniya əyalətində də açılması üçün çalışmalar başlayıb.
Türk Amerikan Dərnəyi sədrinin vəkili Yusuf Necati Özerin dəstəyi ilə Pensilvaniyada dərnək qurmağa başladıqlarını ifadə edən TAY-DER-in başçısı Muhammet Gömük “Dərnəyimizin hazırlığının bitməsinə az qalıb, təxminən 1-2 ay içərisində fəaliyyətə başlayacaq. Amerikada mədəniyyət dərnəklərilə davamlı əlaqədəyik. İndi Nyu-Yorkda nümayəndəmiz var və Amerikanın Pensilvaniya əyalətində quracağımız dərnək üçün prezidentimizi ziyarət edərək icazə alacağıq.Prezidentimizin dediyi kimi FETÖ-nun rəhbəri olan Gülənin “evinə” qədər girəcəyik. Terroru yox etmək üçün xalqın dəstəyi vacibdir. Hazırda dərnəyimizdə 40–a yaxın vəkil var. Prezidentə məktub göndərilib. Hal-hazırda onun cavabını gözləyirik”, -deyə bildirib.

