Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk iş adamlarının Azərbaycana qoyduğu sərmayə açıqlandı

05.03.2020 12:28

Türkiyəli iş adamlarının Azərbaycana qoyduqları sərmayələrin 9 milyard dolları keçdiyi bildirilir.

Об этом сообщает Роспрес

Saytımızın əldə etdiyi məlumata görə, Azərbaycanın nəhəng neft şirkəti olan SOCAR-ın fəaliyyəti nəticəsində Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələrin isə 17-20 milyard dollara yüksəlməsi gözlənilir.

“Azernews”da yayımlanan xəbərdə, Türkiyənin Bakıdakı səfiri Erkan Özoralın söylədiyi rəqəmlər diqqət çəkib. Belə ki, Türkiyənin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyan Azərbaycanda türk iş adamlarının yatırdığı sərmayə 9 milyard dolları keçib. Səfir Türkiyədə sərmayələrin 17-20 milyard dollara çıxamsını SOCAR-ın ölkədəki fəaliyyəti ilə əlaqələndirib. Bundan başqa səfir Azərbaycanda 2600-ə qədər türk şirkətlərin fəaliyyət göstərdiyini qeyd edib. Türk şirkətləri Azərbaycanda telekomunikasiya, bankçılıq, sığorta, nəqliyyat, qida, tekstil, inşaat, istehsal və digər sektorlarda fəaliyyət göstərir.

Azərbaycanın rəsmi qaynaqlarında, ötən ilin 9 ayı ərzində ticarətdən əldə edilən gəlirlərin 1,67 milyard dollara çatdığını, qarşıdakı illərdə bunun 15 milyard dollara qədər yüksəltmək istədikləri vurğulanıb.