Türk məşhurlar Zəhra üçün göz yaşı tökdülər
05.03.2020 12:28Türk məşhurları ötən gün ermənilər tərəfindən 2 yaşlı Zəhranın qətlə yetirilməsinə laqeyd qalmayıblar.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, Türkiyənin məşhur müğənniləri sosial mediada ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra haqqında paylaşımlar ediblər.
Hülya Avşar “İnstagram” səhifəsində paylaşım edərək yazıb: “ Heç kim bu hadisəyə Azərbaycaq xalqının problemi kimi baxmamalıdır. İrqindən, dinindən və millətindən asılı olmayaraq bu hadisə cəzasız qalmamalıdır. 2 yaşında bir körpə vəhşicəsinə qətl edilib. Bu insanlığa sığmayan bir təcavüzdür. Bunu dünya görməli, bilməli və səssiz qalmamalıdır. Bu cür faciələrin qarşısını almaq lazımdır və sivil xalqın hədəf alınması qətiyyən qəbuledilməzdir! Və mən Mübariz olaraq buna tək ad verə bilərəm: terror və faşizm! “
Digər məşhur müğənni Hadisə Açıqgöz Zəhranın fotosunu paylaşaraq Azərbaycan xalqına səbr diləyib: “ İçim parçalanır… 2 yaşındakı bi körpə… Dərdli analar… Bu insanlığa sığmayan vəhşi bir cinayətdir! Terroru dilindən, dinindən, irqindən asılı olmayaraq qınayıram! Və qınamağa davam edəcəm. Buna son verin! Azərbaycan xalqına səbir diləyirəm…”
Mahsum Kırmızıgül də qanlı fotonu paylaşaraq ermənilərə lənət oxuyub: “ Zəhra nənəsi ilə birliktə Azərbaycanda qətl edildi. Bu ərazidə körpələr hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da ölən körpələrin kim olduğunun fərqi yoxdur. Sivillərə qarşı edilən belə alçaq terrora kimdən gəlirsə gəlsin min lənət olsun!”
Qeyd edək ki, erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndi atəşə tutulub. Nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Brilyant Rəsulova

