Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk ordusunun generalı Bakıda Zəhra üçün savaş elan etdi: Bu dəqiqə bir uçağa oturub o cəlladları bombardıman edərəm

05.03.2020 12:29

Türküstan qəzetinin baş redaktoru Aqil Camal Türkiyənin sabiq Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ərdoğan Karataşla görüşündən yazıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki,  jurnalist qeyd edib ki, Alxanlıda erməni vandalizminə münasibət bildirərkən general-leytenant deyib:

“Onunla görüşümüzün bu günə təsadüf etməsində bir hikmət axtardım. Ermənilərin sadə insanları, yavru Zəhranı gülləbaran etməsindən qəzəbli idi: “İmkanım olsa, bu dəqiqə bir uçağa oturub o cəlladları özüm bombardıman edəm” dedi…

Azərbaycan 90-ların başlanğıcında qəfil savaşa yaxalandığı, ordusunu yeni formalaşdırdığı, silah-sursat təchizatının zəif olunduğu dövrdə səlahiyyət imkanları daxilində (bəzən xaricində) ordumuza köməkliklərini əsirgəməyib.

O dövrlə bağlı tarixi bir xatirəsini danışdı:

“Qarabağda savaş başlayanda Ankarada hərbi hava bazasının rəisi idim. O zaman Azərbaycanın 2 hərbi təyyarəsi bazaya enmişdi. Qısa zamanda yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində “SSRİ” yazılmışdı. Dərhal əmr verdim ki, o sözü silin, yerinə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazılsın, Azərbaycan bayrağı həkk edilsin…”.

Vüsalə Əlövsətqızı