“Türk şahinləri”i hədəfi vurdu: Öcalanın sağ əli olan Sait Tanıt öldürüldü
05.03.2020 12:29Dörd gün əvvəl Şimali İraqın Metina bölgəsində təşkil edilən hava hücümunda öldürülən terrorçulardan birinin Bedran Gundike Ramo ləqəbli Sait Tanıt olduğu üzə çıxıb.
Təşkilatın Sincar üzrə məsul şəxsi Tanıt oğlu və qardaşı ilə birlikdə öldürülüb.
A24.Az xəbər verir ki, Türk Silahlı Qüvvələri separatçı təşkilat PKK-ya qarşı əməliyyatlarını sürətləndirib. Suriya və İraqda bir sıra terror yuvalarına hücumlar davam edir. Reaktiv təyyarələr terrorçuların üzərinə bomba yağdırır. Sözügedən əməliyyatlar çərçivəsində dörd gün əvvəl Şimali İraqda PKK-nın sığındığı Metina çölündə 4 hədəf məhv edilib.
Həmin əməliyyatın detalları bu gün ortaya çıxıb. 22 Apreldə Metina bölgəsinə edilən hava axınlarından təsirsiz hala gətirilənlərdən birinin Bedran Gundike Ramo ləqəbli Sait Tanıt olduğu aşkarlanıb. Bombardıman zamanı Tanıt oğlu və bir qardaşı ilə birlikdə məhv edildiyi bildirilir. Tanıt Daxili İşlər Nazirliyinin “qara siyahı”sında yer alırdı.
Об этом сообщает Роспрес
Sait Tanıt, (soldakı) oğlu və qardaşı ilə birlikdə öldürüldü.

