Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk siyasətçinin Azərbaycan, Rusiya və İran haqqında söylədikləri diqqət çəkdi – VİDEO

05.03.2020 12:29

Türkiyədə kanallardan birində aparılan müzakirə diqqəti cəlb edib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, verilişdə iştirak edən qonaq “Türkiyəni düşmən daxildən, xaricdən hər yanımızı bürüyüb. Dost-düşmən bir-birinə qarışıb. Bu Milli Birlik Hökumətini kiminlə quracağıq?” sualına cavab verib.  Suala etiraz edən siyasətçi Türkiyənin hər tərəfdən düşmənlə əhatələndiyinin yanlış olduğunu bildirib:

“Sualın birinci hissəsi çox yanlışdır. Hər tərəfimizi düşmən basıb, bu ağılsız fikirlərdir. Bizim hər tərəfimizi düşmən filan bürüməyib. Sanki bütün dünya türklərin düşmənidir, türkün türkdən başqa dostu yoxdur və sair. Amma heç də elə deyil. Hətta əksinə, hər tərəfimizi dostlar əhatələndirib. Baxın, Rusiya dost, Azərbaycan dost, qardaş, aşağı enəndə İran, İraq, Suriya, Bolqarıstan da dostdur. Hər tərəfimizi dostlar bürüyüb. Bizə təhdid iki qaynaqdan gəlir. ..”

Saytımız sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / MTM