Türkiyə 15 iyula belə hazırlaşır
05.03.2020 12:29Türkiyədə baş verən 15 iyul çevrilişə cəhdlə bağlı anım yürüşü keçiriləcək.
Об этом сообщает Руспрес
A24.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il baş verən hadisələrdə şəhid olanların xatirəsini anmaq üçün Türkiyənin bütün şəhərlərində tədbirlər keçiriləcək. Artıq belə mərasimlər bu gündən etibarən İstanbul və Ankara şəhərləri başda olmaqla, müxtəlif yerlərdə başlayıb.
İstanbulun Beyoğlu rayonunda keçirilən tədbirlərdə 15 iyul gecəsiylə bağlı müxtəlif fotolar və rəsm əsərləri sərgilənib, süjetlər yayımlanıb. Fotolarda çevrilişə cəhd zamanı şəhid olanlar, baş verən hadisənin detalları əks olunub.
15 iyul tarixində İstanbulda keçiriləcək yürüşə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

