Türkiyə Andronikin qulağını kəsən Sultan Bəyə abidə ucaldır
05.03.2020 12:29Məzarı Arpaçay Köçköy kəndində olan və erməni terror dəstələrinə qarşı döyüşən Azərbaycanın qəhrəman oğlu Sultan Bəy məzarı başında anılıb.
Об этом сообщает Роспрес
Saytımızın əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey, Azərbaycanın Karsdakı konsulu Nuru Quliyevin də iştirakı ilə Soltan Bəy Paşabəyoğlu məzar başında anılıb. Paşabəyin məzarının olduğu Koçköy kəndinin qəbiristanlığında azərbaycanlı millət vəkili Mahir bəy tərəfindən abidənin ucaldılacağı da bidlirilib.
Çıxışı zamanı BDM sədri İsmayıl Ağayev Avropanın Türkiyə və Azərbaycanın üzərindən əllərini çəkməsini dilə gətirib. Daha sonra ASİMDER-in sədri çıxış edib.
Çıxışlardan sonra Işıklı məscidinin axundu Seyyid Ahmet Erdem “Qurani-Kərim” oxuyaraq şəhidlər üçün dualar edilib.
Qeyd edək ki, məzarı Arpaçay Koçköydə olan və 1871-ci ildə Azərbaycanın Laçın şəhərində dünyaya gələn Soltan Bəy Paşabəyoğlu Birinci Dünya Müharibəsində ruslara, 1918-1920-ci illərdə ermənilərə qarşı döyüşüb. Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra ailəsi ilə birlikdə İrandan Karsa gələn Soltan Bəy Paşabəyoğlu Koçköydə məskunlaşıb. Paşabəyoğlu 1950-ci ildə dünyasını dəyişib.

