Türkiyə, Azərbaycan və Pakistan ittiqafı qurularsa…
05.03.2020 12:29Bu günlərdə Pakistan xarici işlər naziri Havaca Muhamməd Dağlıq Qarabağ mövzusunda Azərbaycan, Türkiyə və Pakistanın birlikdə iş görə biləcəyini söyləyib. Bəs bu 3 ölkə Qarabağ probleminin həlli üçün nə edə bilər?
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, bu sualı politoloq Elşən Mustafayev cavablandırıb.
“Bu vəziyyətdə Pakistanın Qarabağ probleminin həlli üçün yardım etməsi görüşlərdəki müddəti uzada bilər. Məncə, Azərbaycanın Türkiyə və Pakistanla üçlü formatda yaradacağı hərbi ittifaq problemin həllinə daha faydalı ola bilər. Pakistan bölgədə nüvə silahına sahib olan güclü bir ölkədir və Dağlıq Qarabağ problemindən dolayı hələ də Ermənistanla diplomatik əlaqələr qurmayıb. Pakistan və Türkiyə Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyan və bu istiqamətdə Azərbaycana heç bir dəstəyini əsirgəməyən ölkələrdir.
Pakistan Dağlıq Qarabağın həlli ilə bağlı düşüncələrini beynəlxalq qurum və təşkilatlarda rahatlıqla dilə gətirə bilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşü zamanı Qarabağ məsələsini gündəmə gətirdi. Eyni addımlar Pakistan təmsilçiləri tərəfindən də atıla bilər. Amma ən gözəl olanı bu 3 ölkənin birlikdə ittifaq qurmasıdır. Bu Azərbaycanın təhlükəsizliyi üçün də böyük əhəmiyyət kəsb edir. Hazırda ölkəmiz heç bir hərbi blokun üzvü deyil. Ermənistan isə Rusiyanın təzyiqi ilə Kollektiv Təhlükəsizlik Andlaşması Təşkilatına üzvdür. Əgər Azərbaycan, Türkiyə, Pakistan hərbi ittifaq yaratsa, Rusiyanın Azərbaycana qarşı mövqeyi sərt olmayacaq. Azərbaycanın NATO-la yaxınlaşması Rusiya üçün daha böyük bir problem olacaq”.

