Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə Azərbaycana qaçdığı deyilən bu şəxsi axtarır – Haqqında 62 İDDİA var

05.03.2020 12:29

Konyada vəkillik vəzifəsindən qovulan Burak Y. adlı şəxs insanlara ucuz avtomobil vəd edərək 250 milyon lirə alaraq aradan çıxıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, adıçəkilən şəxs 150 insanı aldadaraq, onları ucuz avtomobillə təmin edəcəyinə söz verib. Lüks avtomobillərə düşkün olan Burak Y. haqqında fərqli məhkəmələrdə 62 iddia qaldırılıb.

250 milyon TL alaraq aradan çıxan Burak Y. nişanlısı və iki qardaşı ilə birlikdə, daha 9 nəfər haqqında Konya Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılıb. İddiada adı keçən şəxslərin 4 nəfərə qarşı işlətdikləri cinayətə görə 28 il azadlıqdan məhrum edilmələri istənilib.

İddialarda səsləndirilən fikirlərə görə, Burak icradan tender yolu ilə avtomobil alıb müştərilərə satacaqmış. Lakin sonradan məlum olub ki, o, kirayə avtomobil verən şirkətlərdən maşın götürərək müştərilərə verib.

Haqqında çoxsaylı şikayətlər yağan Burak Y.-nın topladığı milyonlarla Azərbaycana qaçdığı bildirilir.

MTM