Türkiyə dənizlərdə söz sahibi olur
05.03.2020 12:29Türkiyə Dəniz Qüvvələrinin gücünə güc qatacaq 6 yeni tipli nəhəng sualtı gəminin inşasına başlanır. Hidrogen yanacaq texnologiyası ilə işləyəcək gəmilər “Gölcük” Zavodunda istehsal ediləcək.
Об этом сообщает Футляр от виолончели
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sualtı gəmilərin inşası istiaqamətində ilk addım oktyabrın 27-də Milli Müdafiə Naziri Nurəddin Caniklinin qatılacağı mərasimdə atılacaq.
Alman “Tissen-Krupp Marina Systems” Birgə Təşəbbüs Qrupunun (TKMS) əsas layihəsi çərçivəsində Türkiyə sualtı gəmi istehsalında həlledici texnologiyaları də tərkibinə qatacaq.
Aselsan, Havelsan, Milsoft, STM Qsc, Qoç Məlumat və Müdafiə, TÜBİTAK, Meteksan Müdafiə, IDS, AYESAŞIN layihəyə qatacaqları milli sistemlər sayəsində Türkiyənin yeni sualtı gəmisi yerli istehsal olacaq. Sualtı gəmilərin müxtəlif sistem və avadanlıqlarını istehsal edəcək bu firmalarla yanaşı, bir çox yerli firmadan da məhsul tədarük ediləcək.
MİLGEM layihəsi başlayanda 7 faiz milli qatqı ilə çalışan zavodlar bu gün bu göstəricini 70 faizə çatdırıb. Bununla da Türkiyə xarici layihələrdə mühüm tədarükçü ölkələrdən birinə çevrilib.
Milli Müdafiə naziri Nurəddin Canikli, ABŞ-ın PYD teror təşkilatına etdiyi yüksək miqdarda silah yardımına diqqət çəkərək “Hazırlıqlarımızı da, tədbirlərimizi də bu terror təşkilatlarının malik olduğu silahların bir gün Türkiyəyə üz tutacağı ehtimalı üzərində qururuq və oturduruq, tədbirlərimizi ona görə görürük. Allahın izni ilə böyük hissəsini 100 faiz yerli müdafiə texnologiyamızla həyata keçiririk”, – deyə bildirib.

