Türkiyə Ermənistanla arasına sərhəd tikəcək
05.03.2020 12:29Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır.
Об этом сообщает Руспрес
Saytımızın verdiyi məlumata görə, bu təklif hazırda Türkiyənin milli müdafiə və maliyyə nazirlikləri arasında müzakirə olunur.
3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.
Qeyd edək ki, hazırda Türkiyə Suriya ilə sərhəddə divarın ucaldılmasını davam etdirir. Burada işlərin bu ilin aprel ayında başa çatdırılacağı gözlənilir.

