Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə federallaşırmı? – Ərdoğan son nöqtəni qoydu

05.03.2020 12:29

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan unitar quruluş məsələsinə aydınlıq gətirib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki,  Ərdoğan qeyd edib ki, bu gün Türkiyənin gündəmi idarəetmə sistemləri ilə əlaqədardır, unitar quruluşla yox.

“Bu günə qədər unitar quruluşla bağlı mənfi fikir səsləndirmişəmmi? Belə bir şey yoxdur, məndən eştmisinizmi? 1923-cü ildə  bu ölkənin rejimi ilə bağlı məsələlər həll edildi. Ondan sonrakı proses idarəetmə sistemləri ilə bağlıdır. Hazırda da dəyişiklik edilən məsələ yeni idarəetmə sisteminin gəlməsidir”.

O referendum gündəmini qiymətləndirərkən Kılıçdaroğlunu da tənqid edib. Onun insanlara yalan danışdığını bildirən Ərdoğan qeyd edib ki,  Kılıçdaroğlu unitar quruluş mövzusunda  yalan danışır. “Bu günə qədər unitar quruluşla bağlı mənfi sözümüz olubmu? Bu barədə (unitar quruluş) sözçümün açıqlaması olub, onu da təhrif ediblər. Müşavirim sonra müxtəlif şəkildə onu düzəltməyə yönəlik bəyanatlar verdi. Belə bir şey yoxdur”.