Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə fransızların vəhşiliyini özündə əks etdirən Əlcəzair məscidini bərp etdi

05.03.2020 12:29

Türkiyə  Əlcəzairin simvolu olan məscidi bərpa etdi.

Об этом сообщает Руспрес

Əlcəzairdə 1500-cü illərdə inşa edildiyi güman edilən məscid öz formasına qovuşub.

Tarix boyu işğallar və mübarizələr səbəbindən dəfələrlə başqa məqsədlər üçün istifadə olunan Keçiova məscidi 1830-cu il Fransa işğalından sonra 132 illik müstəmləkə müddətində yandırılıb və ya başqa məqsədlər üçün istifadə olunub.

İşğaldan sonra əvvəlcə hərbi baza, daha sonra isə Əlcəzair baş yepiskopları üçün iqamətgah kimi istifadə olunan məscidin 1844-cü ildə yandırılmasından sonra yerində böyük bir kilsə inşa edilib və bina 1962-ci il Əlcəzairin müstəqilliyinə qədər katedral kimi qalıb.

Kilsə olduğu vaxtda xalqın böyük etirazına səbəb olan və Fransaya qarşı mübarizədə yüzlərlə Əlcəzairlinin həyatını itirməsiylə nəticələnən hadisələrdən sonra məscidin önü Şəhidlər Meydanı kimi bilinməyə başlayıb.

2003-cü ildəki zəlzələ nəticəsində böyük zərər görərək 2007-ci ildə təhlükəsizlik səbəbiylə bağlanılan məscidin hazırkı vəziyyəti 2013-cü ildə prezident Ərdoğanın Əlcəzairə səfəri zamanı gündəmə gəlib. Hər iki ölkə liderinin birgə müzakirəsi nəticəsində bərpa qərarı verilən Keçiova məscidi iki ildən artıq vaxt ərzində Türkiyədən gedən mütəxəssislər tərəfindən bərpa işlərinə başlanılıb.

Məscidin bərpasından sonra, Türikənin tarixçi və tədqiqatçılarının araşdırdığı Keçiova məscidinin əslinə uyğun edilməsi və Osmanlı memarlıq üslubunda olmağı böyük rəğbətlə qarşılanıb.

Bahar Məmmədli //A24.az