Türkiyə hərbi qüvvələrini Qətərə göndərir – QƏRAR VERİLDİ
05.03.2020 12:29Türkiyə Böyük Millət Məclisində Türkiyə ilə Qətər arasında “Jandarm Təlim və Tədrisə Dair Əməkdaşlıq Protokolu”nun təsdiq olunmasına uyğun olaraq Türk Qüvvələrinin Qətərdə yerləşdirilməsi layihəsi təsdiqlənib.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə hərbçilərinin Qətərdə yerləşdirilməsi 2015-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq həyata keçiriləcək. Türkiyə Jandarm Komandanlığı ilə Qətər Daxili Təhlükəsizlik Qüvvələri arasında təsis ediləcək əməkdaşlığın prinsip və çərçivəsini müəyyən etmək məqsədilə hazırlanan protokol, təhsil fəaliyyətlərinin planlaşdırma, əlaqələndirmə və icrasına dair məqamlar, eləcə də tərəflərin vəzifə və məsuliyyətlərinin də müəyyən olunduğu qeyd edilib.
Qətər ərazisində Türk Qüvvələrinin yerləşdirilməsi müqaviləsi: Müqaviləyə əsasən, 28 Aprel 2016-ci il tarixində Dohada imzalanan “Türkiyə və Qətər hökuməti arasında Qətər ərazisində Türk Hərbi Qüvvələrinin yerləşdirilməsinə dair müqavilə” ilə suverenlik, bərabərlik, qarşılıqlı hörmət üzərində və milli qanunvericilik ilə beynəlxalq hüququn çərçivə daxilində, Qətərin hərbi qurumlarının modernləşməsi; Hərbi təhsil və tədris sahəsində əməkdaşlığın şaxələndirilməsi; Təlim, təhsil və tədris vasitəsilə Qətər Silahlı Qüvvələrinin müdafiə imkanı və qabiliyyətlərinin inkişaf etdirilməsinin dəstəklənməsi və.s

