Türkiyə mediası 20 Yanvar şəhidinin ailəsini danışdırdı – VİDEO
05.03.2020 12:29Türkiyə mediası Azərbaycanda yaşanan 20 Yanvar faciəsindən yan keçməyib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, “TRT Haber” kanalının Bakı müxbiri hazırladığı “Qaranlıq gecənin azad sabahı” adlı sənədli filmində qanlı yanvar hadisələrini yaşayanların dilindən səsləndirib.
Sənədli filmdə 20 Yanvar gecəsi şəhid olan Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova danışıb:
“Ayın 15-də tanklar Bakıya girmiş və rezin güllələrdən istifadə edərək atəş açmışdılar. Bu güllələrdən biri yoldaşımın boynundakı şərfinin içinə düşmüşdü. Gətirib mənə göstərdi ki, gör, bizə nə atıblar, bizi nə ilə aldadıb, qorxutmaq istəyirlər? Sonra da dedi ki, bunun sonrası daha çətin olacaq. Həmin gün də, televizorlar söndü, işıqlar kəsildi, telefonlar susdu… Dəhşətli bir gecə yaşadıq. Yoldaşım dedi ki, hamımız bir yerdə olsaq yaxşıdır. Bizi bir yerə yığıb özü hadisələrə qarışmaq fikrində idi. Bizə demişdilər ki, tanklar Zığ yolu ilə gələcək. Bundan əvvəlki günlərdə biz dənizin üstündən vertolyotların ağır-ağır sahilə nə isə daşıdığını görürdük. Demək ki, bunlar tank gətirirmiş. Və o tərəfdən- Binə tərəfdən gəldilər. Biz də Yeni Suraxanıda idik. Yoldaşım da səs-küyə çıxdı və elə birinci vurulanlardan biri oldu. Orada olanların danışdığına görə, neçə nəfər yanında uşaq olanları evlərinə göndəribmiş ki, indi camaatı qıracaqlar, uşaqlarınızı evə aparın. Neçə nəfəri qurtarıb xeyirxahlıq eləmişdi. Biz onu çox çətinliklə xəstəxanaya apardıq”.
Saytımız Türkiyə mediasında yayımlanan sənədli filmi təqdim edir:

