Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə mediası azərbaycanlı gəncin evlənmə təklifinə şahidlik etdi – VİDEO

05.03.2020 12:29

“İstanbul 39-cu Avrasiya  Marafonu”nda iştirak edən azərbaycanlı gənc “15 İyul Şəhidlər Körpüsü”ndə sevgilisinə evlənmə təklifi edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, “39-cu Avrasiya Marafonu”nda kameralar gözəl bir günə şahidlik edib. Belə ki, marafonda iştirak etmək üçün Azərbaycandan gələn Maqsud Məmmədov sevgilisi Aynura sürpriz şəkildə evlənmə təklif edib.

Körpünün üstündə cibindən çıxartdığı təkqaş üzüyü sevgilisinə uzadan Maqsud “Hə” cavabını alanda çox xoşbəxt olub.

Maqsud Məmmədov “çoxdandır ki, bu günü planlaşdırırdım. Marafona isə həm evlilik təklifi, həm də gəzmək üçün gəldim. Körpü iki qitəni bir-birinə yaxınlaşdırdığı üçün məhz buranı seçdim, yaddaşımızda xatirə kimi qalsın”.

Daha sonra gənc üzüyü sevgilisinin barmağına taxıb və hər ikisi qucaqlaşaraq bir-birilərini təbrik edib.

Saytımız sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / MTM