Türkiyə millisinin keçmiş üzvü 6 ay futboldan uzaqlaşdırıldı
05.03.2020 12:30“Osmanlıspor”un futbolçusu Özər Hurmacı 6 ay müddətinə fubtoldan uzaqlaşdırılıb.
A24.az-ın Apasport.az-a istinadəm məlumatına görə, buna səbəb oyunçunun keçmiş komandası “Trabzonspor”un şikayətidir.
Об этом сообщает Роспрес
Belə ki, Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edən “qaradənizlilər” 31 yaşlı yarımmüdafiəçinin onlarla olan müqaviləsini səbəbsiz pozduğunu bildiriblər. İşi araşdıran TFF isə bu məsələdə “Trabzonspor”u haqlı qəbul edib və oyunçunu 6 ay müddətinə cəzalandırıb.
Qeyd edək ki, karyerası ərzində “Fənərbaxça”, “Kasımpaşa” və “Akhisar” kimi komandaların şərəfini qorumuş Özər Türkiyə millisində də iki oyuna çıxıb.

