Türkiyə-Naxçıvan sərhəddi açıldı
05.03.2020 12:30Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında ticari əlaqələri daha da inkişaf etdirmək məqsədilə modernizasiya işləri aparılan Dilucu Sərhəd-Keçid Mətəqəsinin açılış mərasimi olub.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, mərasimdə Türkiyə gömrük və ticarət naziri Cenap Aşcı və keçmiş nazir Hayati Yazıçı, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıqlıoğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İğdır valisi Davud Hanel və ictimaiyyət nümayəndələri iştirak edib.
Açılışda çıxış edən Cenap Aşcı Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə dqqət çəkərək bunları qeyd edib: “Dilucu qapımız, “iki dövlət, bir millət” anlayışı üçün qardaşlarımıza qovuşduğumuz həssas, qurduğumuz bir qapıdır. Bu qapıda keçən ildən indiyə qədər 13 min avtomobil girib-çıxmış və 560 min qardaşımız gəlib-getmişdir. Bu rəqəmlər yetərlidirmi? Əsla yetərli deyil. Ona görə də rəqəmləri artırmağımız lazımdır. Biz sizlərin dünyaya açılan qapısı olmaqdan son dərəcə xoşbəxtik. Sizin mallarınızı dünyaya çatdırmaqdan son dərəcə xoşbəxtik. Bizim mallarımızı da sizin qardaşlarımızla paylaşmağınızdan son dərəcə xoşbəxtik. Ümid edək ki, yenidənqurmadan sonra ticari əlaqələrimiz artacaq. Bu ticarətdən həm siz, həm biz, həm də bütün insanlıq qazanacaq”.
Rifat Hisarcıqlıoğlu isə deyib ki, İğdırın böyük potensialı var və bundan yararlanaraq bölgə daha da zənginləşəcək: “Dilucu sərhəd məntəqəmizin hesabına İğdırın gələcəyi daha parlaq olacaq. Çünki biz yalnız gömrük qapısı açmırıq. Əslində açdığımız bir zənginlik qapısıdır”.
Cenap Aşcı və onu müşayiət edən heyət sərhəd qapısının açılışından sonra Ortaköyə keçib burada İğdır Ticarət və Sənaye Palatası məktəbinin açılışını edib.
Atif

