Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə prezidenti Ərdoğan Kəbədə Ümrə ziyarəti etdi

05.03.2020 12:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər məqsədi ilə getdiyi Səudiyyə Ərəbistanında Kəbəni də ziyarət edərək Ümrə ziyarətini də yerinə yetirib.

Об этом сообщает Руспрес

A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Mədinədə Həzrəti Muhammədin qəbrinin də yerləşdiyi Məscidi-Nəbəvini ziyarət edəndən sonra Ciddədəki Kral Abdüləziz Beynəlxalq hava limanına şəxsi təyyarəsi ilə gedib.

Ümrə ibadəti üçün Məkkəyə gedən Ərdoğan gecə saatlarında Məscidi-Haramı da ziyarət edib. Ərdoğan və onunla birlikdə olan heyət Kəbədə əvvəlcə ümrə təvafını edib, daha sonra isə Mərvə və Safa təpələri arasında ümrə səyini həyata keçirib.

Türkiyə prezidenti Ərdoğan ilə birlikdə həyat yoldaşı Əminə Ərdoğan, Baş Qərargah rəisi Hulusi Akar, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının məsləhətçisi Hakan Fidan da ümrə ziyarəti edib.

Ümrə ziyarətindən sonra Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının qonaq evinə gedib.

Saytımız Ümrə ziyarətindən olan foto və videoları təqdim edir: