Türkiyə “Qarabağ” üçün sevindi – “Qardaşlarımız “Devlər Liginde!” ”
05.03.2020 12:30Bildiyimiz kimi, dünən axşam keçirilən oyundan sonra “Qarabağ” klubu Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Azərbaycanın tarixi qələbəsi Türkiyə mediasından da yan keçməyib. Türkiyənin bir çox elektron mediasında “Azərbaycan yığmasından böyük uğur!”, “Azəri qardaşlarımız tarix yazdı!”, “Azərbaycan yığması “Qarabağ” Çempionlar Liqasında!”, “ “Qarabağ” tarix yazdı!” kimi başlıqlı yazılarla Azərbaycanın qazandığı qələbəni bölüşüblər.
Saytımız Türkiyə mediasında paylaşılan yazıları fotolarda təqdim edir:
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatıb. Beləliklə, 2 oyunun cəmi və səfər qolunun hesabına “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Firuzə Alimova / MTM

