Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə-Rusiya-İran Zirvə toplantısından əvvəl Ərdoğan Əsədlə görüşdü?

05.03.2020 12:30

Türkiyə-Rusiya-İran Zirvə toplatısından əvvəl Suriya prezidenti Bəşər Əsəd Rusiyaya gedib Putin ilə görüşüb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə KİV-nə istinadən əldə etdiyi məlumata görə, Türkiyə, Rusiya və İran liderlərinin Soçidə biraraya gələcəyi zirvə toplantısına saatlar qala Suriyanın lideri Əsədin Soçiyə gəldiyi açıqlanıb.

Putin bazar ertəsi Moskvaya gələn Əsədi Suriyada terrorizmlə apardığı mübarizədə qazandığı uğurlarından dolayı təbrik edib.

Verilən açıqlamalarda 22-23 noyabr tarixlərində  Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Putin tərəfindən təyin olunacaq xüsusi heyətin Suriya müxalifəti ilə danışıqlar aparılacağı qeyd edilib.

Bəşər Əsəd isə əsgər və siyasi dəstəyinə görə Putinə təşəkkür edib. Suriyada başlayacaq dialoqlara digər ölkələrin müdaxilə etməməsinin qarşısını almaq üçün Əsəd Rusiyanın dəstəyinə ehtiyacının olduğunu və “Siyasi yolla problemin həllini istəyən hər kəslə masa arxasında əyləşməyə hazırıq” fikirlərini səsləndirib.

Rusiya prezidenti Putin mövzu ilə əlaqədar Donald Tramp, Qətər əmiri və Suriyadakı bölgə liderləri ilə görüşəcəyini açıqlayıb.

Lakin üçtərəfli Zirvə toplantısından əvvəl Putinin Ərdoğanı Bəşər Əsədlə görüşdürməsi ilə bağlı iddialar səsləndirilir. Bu haqda diplomatik mənbələrdə məlumat verilməsə də, səsləndirilən iddiaların əsassız olmadığını qeyd edilir.