Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə siyasətçilərinin EŞQ HEKAYƏLƏRİ – ARAŞDIRMA, FOTOLAR

05.03.2020 12:30

 Türkiyənin siyasi tarixinin unudulmaz cütlüklərinin gözdən yayınmış xoş və bir o qədər də kədərli xatirələri

Об этом сообщает Футляр от виолончели

 İsmət və Mevhibə İnönü cütlüyü

 İsmət Paşa 1915-ci ildə otuz iki yaşına qədəm qoyanda anası Cevriyə xanım oğlunu evləndirmək üçün qız axtarmağa başlamışdı. Nəzərində bir qız vardı – rumelindəki qonşuları olmuş Mevhibə xanım. Anasının təklifi eşidən İsmət Paşa bu cür evlənməyə qarşı olduğunu bildirib, mütləq qızı görməli və əgər bəyənsə evlənəcəyini deyir. Paşanın istəyi qəbul edilir və onu Mevhibe xanımla görüşdürürlər. İsmət Paşa ilk görüşdən aşiq olur və toy günü xanımına bu sözləri deyir: “Xanımım, bu andan etibarən siz dünyada ən qiymətli əmanətimsiniz. Sizi ömrümün sonuna qədər sevəcəm.”

İsmət İnönün həyat yoldaşına 1923-cü ildə yazdığı məktub onun xanımını nə qədər sevməsinin bariz sübutudur:

“Sevgili Mevhibem, sənə evimiz haqqında yaxşı bir xəbər vermək üçün çoxdandır ki, yaza bilmirdim. İki gözüm bağışla. Bağlarda bir ev aldım, indi onun təmir işləri ilə məşğulam. Övladımız necədi? İki gözüm tez-tez məktub yaz. Özünün və övladımızın səhhətindən muğayat ol. Heç kimə demə, indi bir istəyim var – evimizin təmiri bitən kimi İzmirə gəlib bir müddət, bəlkə də yaza qədər sizinlə qalacam. Sonra birlikdə evimizə köçərik, İndi səyahət edə bilməzsən, oturmağa yerimizdə yoxdu təzə evimizdə. Gözlərindən və yanaqlarından minlərlə dəfə öpürəm.”

Mevhibə xanımın da 1924-cü ildə İsmət Paşaya yazdığı məktub onu necə böyük bir məhəbbətlə sevməsini göstərir:

“Ruhum, sevgili Paşam, Əbdülxaliq bəylə göndərdiyiniz məktubu aldım, təşəkkür edirəm. Qışlıq ev aldığınıza həm sevindim, həm də kədərləndim. Mənə eləgəldi ki, məktubu narahatlıqa yazmısınız. Sevgili Paşam, Haqq-Təala sizi başımızın üstündən əksik etməsin. Bu axşamki qəzetdə tamamilə sağaldığınızı, amma çox arıqladığınızı oxudum. Kaşki bircə dəfə sizi görə biləydim. Niyə sevgili həyat yoldaşımın yanında deyiləm?  Nə zaman sizə xidmət edəcək, öz xanımlıq vəzifəmi yerinə yetirəcəyəm?

 Cəlal və Rəşidə Bayar cütlüyü

 Onlar 1903-cü ildə evləndilər. Cəlal Bayarın aktiv siyasət həyatı boyunca xanımı ikinci planda qalmağı üstün tutdu. Amma buna baxmayaraq xarici ölkələrə səfəri zamanı həmişə həyat yoldaşının yanında oldu. Rəşidə Bayar 1962-ci ildə Kayseri həbsxanasında yatan həyat yoldaşını ziyarətə gedərkən Ankara avtovağzalında ürəktutmasından dünyasını dəyişdi.

Adnan və Berin Menderes cütlüyü

Adnan və Berin Menderes cütlüyü 1929-cu ildə ailə həyatı qurmuşdular. Berin xanım həmişə həyat yoldaşının siyasətə qoşulmasına qarşı olsada buna əngəl ol bilməmişdi. Adnan Menderesin tez-tez Ayhan Aydan və Suzan Sözən ilə eşq yaşadığı gündəmə gəlsə də Berin Menderes bu məsələyə heç bir reaksiya verməmiş, bu haqda müsahibə almaq istəyən jurnalistlərə rədd cavabı vermişdi. Qəribəsi isə odur ki, Berin xanım bu məsələdə o qədər soyuqqanlı hərəkət etmişdi ki, heç kəs onun bu məsələyə görə əzab çəkib-çəkmədiyini təxmin belə edə bilməmişdi. Gələcəkdə isə “Uşaq məhkəməsində” Ayhan Aydan “mən onu çox sevirəm” deyəcək, Berin Menderes isə həyat yoldaşını edam cəzasından qurtarmaq üçün İsmət İnönünün qapısını döyəcəkdi.

Süleyman və Nəzmiyə Dəmirəl cütlüyü

Süleyman Dəmirəl universiteti bitirəndən sonra cütlük nişanlandı. Nişandan səkkiz il sonra isə evləndilər. Toylarında qəribə bir hadisə baş vermişdi. Beləki İslamköydə toylar üç gün üç gecə keçirilirdi. Onların toyu da üç gün üç gecə keçirildiyi üçün, cümə axşamı və cümə günü isə gəlin qonaqların üzünə çıxmadığından Süleyman Dəmirəl o günlərdə işə getmişdi. Yalnız bazar günü gəlin qonaqların üzünə çıxdıqdan sonra Süleyman Dəmirəl toyuna təşrif etmişdi.

Süleyman Dəmirəl Ədalət Partiyasının rəhbəri seçilərkən xanımı onun bu uğuruna o qədər də sevinməmişdi. Nəzmiyə xanım kinoya və teatra getməyi çox sevirdi və Süleyman Dəmirəlin partiya rəhbəri seçilməsi onun bu zövqdən məəhrum olması demək idi. Həyatındakı bu dəyişikliyə baxmayaraq Nəzmiyə xanım daima həyat yoldaşının yanında oldu, heç bir jurnalistə müsahibə vermədi. Amma jurnalistlərin yanında Süleyman Dəmirəli danlamaqdanda çəkinmədi. Süleyman Dəmirəl 1993-cü ildə prezident seçilərkən xanımı Çankaya köşkünə köçmək istəməyərək “öz evimizdə yaşayaq” desə də, Süleyman Dəmirəl “dövlətin qanunlarına ziddir” deyərək onun təklifini rədd etmişdi.

Bülənt və Rahşan Ecevit cütlüyü

Onlar Robert Kollecində oxuyarkən tanış olmuş və 1946-cı ildə ailə içində baş tutan sadə bir yığıncaqla evlənmişdilər. O zamanlar maddi vəziyyətləri yaxşı olmasa da, maaşlarının böyük bir hissəsini əsas ehtiyaclarına yox, kitab almağa xərcləmişdilər. Rahşan Ecevit CHP-yə (Cümhuriyyət Xalq Partiyası) əlavə dəstək üçün küçədə qələm, kitab, şəkil, braşuralar sataraq həyat yoldaşına dəstək olmuşdu. Rahşan xanım !985-ci ildə Demokratik Sol Partiyasını yaratdıqdan sonra insanlar onu təkcə Bülent Ecevitin xanımı kimi deyil, eyni zamanda siyasi bir sima kiimi də tanıdılar. Türk şairi Cemal Sürəya onun haqqında bunları yazmışdı: “Rahşan xanımı bir an belə Bülənt Ecevitsiz təsəvvür edə bilmərik. Keçdikləri uzun həyat yolu boyunca onlar tək vücuda çevriliblər. Rahşan xanıma həmişə Bülənt bəyin mənfi tərəfi kimi baxılıb, onun qüsurları Rahşan xanımın ayağına yazılıb.”

Nəcməddin və Nərmin Ərbakan cütlüyü

 Nəcməddin Ərbakan Nərmin xanımla universitetdən bəri dostluq etdiyi Süleyman Dəmirəlin təklifi ilə qoşulduğu “Odalar Birliyin” təşkilatında tanış olmuş, 1967-ci ildə isə Çinar otelində evlənmişdilər. İllər sonra Nəcməddin Ərbakan xanımı haqqında bunları deyəcəkdi:

“O zmanlar mən professor, o isə iqtisadçı idi. Alman, ingilis və fransız dillərini çox yaxşı bilirdi. Magistraturada oxuyarkən dil təhsilini də untmamış və dil kursunu da uğurla bitirmişdi. Universitetdən sonra “Odalar Birliyi”ndə işə düzəlmişdi.  Xarici mətbuat orqanlarında olan aktual məsələləri izləyər, verilən şərhləri tənqid edər, məmləkətin problemləri ilə yaxından maraqlanar və hər gün baş verən siyasi hadisələri qeydə alardı.”

 Turqut və Səmra Özal cütlüyü

 Elektrik idarəsində işləyərkən 1953-cü ildə tanış oldular və bir il sonra evləndilər. Turqut Özal 1977-ci ildə millət vəkili olmaq üçün namizədliyini irəli sürəndə Səmra xanım buna qarşı çıxdı və etiraz olaraq Amerikaya getdi. Amerikada olarkən boşanmağı düşünən Səmra xanım Turqut Özalın millət vəkili seçilmədiyini öyrənib geri qayıtdı. Sonralar Turqut Özal başnazir olarkən Səmra xanımın təmtəraqlı yaşayışı ANAP partiyasına verilən səsləri get-gedə azaltdı. Bu vəziyyət Əkrəm Pakdəmirli və İldırım Ağbulud tərəfindən səsləndiriləndə isə Turqut Özal “Xanımına söz keçirə bilməyən tək adam mənəm?” deyərək əsəbləşmişdi. Bütün bu proses nəticəsində ANAP partiyası 1989-cu il seçkilərində ağır məğlubiyyətə uğradı.

Taleh EMİNOĞLU