Türkiyə Super Liqası Azərbaycanda yayımlanacaq
05.03.2020 12:30Türkiyə Super Liqasının oyunları Azərbaycanda canlı yayımlanacaq.
Об этом сообщает Руспрес
Qonşu ölkə çempionatının qarşılaşmaları “CBC Sport” kanalı ilə nümayiş olunacaq.
Bunu televiziya kanalının rəhbəri Volkan Üst açıqlayıb. O kanalın canlı efirində bildirib ki, bu həftədən etibarən Türkiyə Super Liqasının görüşləri “CBC Sport”la yayımlanacaq.
Qeyd edək ki, Türkiyə çempionatı indiyədək ölkəmizdə yayımlanmayıb.

