Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə vətəndaşı olmaq üçün şərtlər dəyişdi

05.03.2020 12:30

“Türkiyə vətəndaşlığını almaq haqqında” qanuna dəyişikliklər edilib.

Об этом сообщает Руспрес

A24.az-ın məlumatına görə, dəyişikliklərə əsasən bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:

– 3 il ərzində satmamaq şərtilə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan;

– Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə yatıran;

– Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı 3 milyon dollarlıq hesab açan və ya 3 il saxlamaq şərtilə bu dəyərdə qiymətli kağızlar alan;

– Ən azı 100 nəfərlik iş yeri açan əcnəbilər.

Mənbə: Trend