Türkiyə yüksəlir, Avropa çökür – ANALİZ
05.03.2020 12:30Türiyədəki referandum seçkilərində “hə” çıxması Aropa Birliyini təşvişə salıb. Avropa liderləri Türkiyə ilə AB (Avropa Birliyi) müzakirələrini dayandırmaq məsələsini qabardaraq Türkiyəni təhdid etməyə başlayıb.
Об этом сообщает Роспрес
Türkiyənin Avropa Birliyinə qəbul olması ilə bağlı müzakirələrini dayandırmaq məsələsi və bununla bağlı Avropa ölkələrinin reaksiyaları bir daha göstərdi ki, Avropanın Türkiyəyə olan ehtiyacı, Türkiyənin Avropaya olan ehdiyacından daha çoxdur.
Belə ki, Avropa ölkələrinin iqtisadiyyatında çöküş yaşandığı mərhələdə Türkiyə iqtisadiyyatı sürətlə böyüməkdədir.
Avropa Türkiyədən niyə qorxur və niyə qorxmalıdır?
A24.Az bildirir ki, Avropa ölkələri konstitusiya dəyişiklikliyi ilə bağlı referendumda “yox” çıxması üçün kompaniyalar keçirsə də, istəyinə nail ola bilmədi. İndi isə Avropa Birliyi üzvlük müzakirələrini gündəmə gətirərək bundan Türkiyəyə qarşı istifadə etməyə çalışır. Amma Avropa rəqəmlərlə danışsa, bu məsələdə tək Türkiyənin yox, Avropa Birliyinin də itirəcəyini görər.
Türkiyə Avropa Birliyi üçün həyati əhəmiyyətə malikdir
Rəqəmlərin diliylə danışılsa, müzakirələrin dayandırılmasının Türkiyə ilə yanaşı, AB-nə də böyük itkilər yaşadacağı faktı ortaya çıxır. Türkiyə AB üçün iqtisadi, siyasi, hərbi və s. bir çox sahədə açar ölkə əhəmiyyəti daşıyır. Belə ki, Türkiyə iqtisadiyyatı son illərdə çox böyük inkişaf səviyyəsinə çatıb. Amma bir çox Avropa ölkəsinin iqtisadiyyatı uzun müddətdir kiçilməkdədir. Türkiyə iqtisadiyyatı 2009-2016-cı illər arasındakı 17 il ərzində davamlı şəkildə böyüyüb. 2016-cı ildə ölkədaxili hasilatı 1 trilyon 906 milyard dollar olan Türkiyə, bu inkişafla dünyada 14-cü siradadır. 2030-c ildə daxili hasilatın 2 trilyon 996 milyard dollara qalxması planlaşdırılır. Proqnozlara görə, 2050-ci ildə daxili hasilat 5 trilyon 184 milyard dollara qalxacaq. Beləcə Türkiyə həmin mərhələdə dünyanın ən böyük 10 iqtisadi mərkəzi sırasına daxil olacaq. Məlumatlar görə, Almaniya, Hollandiya, İtalya və İspaniya kimi Avropa ölkələrinin iqtisadiyyatının isə bu mərhələdə kiçiləcəyi hesab edilir.
Türkiyə önəmli ticari partnyordur
Türkiyə hazırda AB-nin 5 böyük ticari partnyorundan biridir. Türkiyənin ixracatında AB-nin payı 45% -dan çoxdur. AB-nə Türkiyədən göndərilən illik ixracatın miqdarı 64 milyard dollardır. Türkiyədə fəaliyyət göstərən 50 min xarici şirkət 23 min AB mərkəzi var. Bundan başqa Türkiyə, Almaniya, İspaniya, Fransa, İngiltərədən sonra Avropadakı ən böyük 5 avtomobil istehsalçısıdır. Bu məsələdə ucuz işçi qüvvəsi və xərclərin aşağı olmasına görə, AB ölkələri arasında böyük əhəmiyyətə malikdir.
Türkiyə enerjinin keçid nöqtəsidir
AB-nin enerji təminatı məsələsində də Türkiyə böyük əhəmiyyət kəsb edir. Orta Asiya, Rusiya və Yaxın Şərqdəki xam neft və təbii qazın Avropaya daşınmasında Türkiyə əhəmiyyətli nöqtəsidir. İstanbul və Çanaqqala boğazından keçən gündəlik ümumi xam neftin miqdarı 2 milyon barreldən çoxdur.
Rusiya ilə Türkiyə arasındakı ən mühüm təbii qaz proyektinin önəmli qolu Türk Axımı ilə Rusiyada təmin ediləcək təbii qaz Qara dəniz boru xətti ilə Avropaya transfer ediləcək. Transferin 2020-ci ildə olacağı düşünülür. Bu proyektin daşıma tutumu 63 milyard kub metr olacaq. Azərbaycandan Türkiyə və Avropaya təbii qaz daşıyacaq Trans Anadolu Boru Xətti Proyektinin 2018-19-cu illər arasında fəaliyyətə başlaması gözlənilir. Bu proyektin də 31 milyard kub metr təbii qaz daşınması hədəflənib. Türkiyənin gündəmində olan digər proyektlər İraq, Türkmən və Şərqi Aralıq dənizi də Avropaya enerji aparacaq digər kanallardır.
Ən güclü ordulardan birinə sahibdir
NATO-nun üzvü olan Türkiyə hərbi sahədə həmlələri də davam etdirir. Türkiyə ordusu, dünyanın ən güclü 8-ci ordusudur. Türkiyə İŞİD-lə mübarizədə heç bir ölkənin aparmadığı mübarizəni aparıb.
Gənc və dinamik əhalisi daha çoxdur
AB ölkələrinin ən böyük problemlərindən gənc nəslin azalması məsələsidir. Türkiyə əhalisi arasında gənclərin nisbəti 24 Avropa ölkəsinin gənc əhalisinin cəmindən daha çoxdur. Ölkədə 15-29 yaş arası 20 milyon nəfər yaşayır. Türkiyədə orta yaş həddi 29 olduğu halda, AB-də orta yaş həddi 43-dür.

