Türkiyədə əsgərlər ən çox Üzeyirə qulaq asır: “O qədər dinlədim ki, artıq əzbərləmişəm” – VİDEO
05.03.2020 12:31Tanınan müğənni Üzeyir Mehdizadə qonşu ölkələrdə dinləyicilərin ürəyini fəth etməkdə davam edir.
Об этом сообщает Роспрес
Son zamanlar Türkiyədə daha çox sevilməyə başlayan müğənni sən demə, qardaş ölkədə əsgərlərin ən çox dinlədiyi ifaçılardan imiş.
A24.Az xəbər verir ki, onun sosial şəbəkədə paylaşdığı bir video belə deməyə əsas verir. Belə ki, türkiyəli gənc oğlan Üzeyirin “Çəkinmə yarım, mənə gəl” mahnısı haqqında ağızdolusu danışır və təriflər yağdırır:
“Hər gün onu dinləyirdim. Çox sevirəm bu mahnını. O qədər qulaq asmışdım ki, artıq mahnını əzbərləmişəm. Əsgərlikdən gələndən sonra şəhərə çıxanda görürəm ki, maşınlarda onun ifası səslənir. Öz-özümə gülürəm. Əsgərliyim yadıma düşür”.
Türk Qardaşımızın semimi etirafı.Azerbaycanlı qardaşımızın çekdiyi video.BİRLİYİMİZ MÖHKEM OLSUN İN ŞA Allah AMİN ELHEMDULİLLEH.

