Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadın xilas edildi
05.03.2020 12:31Türkiyədə Acıpayam Jandarma Komandirliyi bir evdə qadına zorla fahişəlik etdirildiyi ilə bağlı xəbər alıb.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat zamanı azərbaycanlı qadını əxlaqsızlığa məcbur etdiyi irəli sürülən Ramazan S. (58 yaş) saxlanılıb.
Türk vətəndaşı olmasına heç bir əngəl Azərbaycan əsilli Nazilə M. (48 yaş) də nəzarətə alınıb. Evdə axtarış zamanı sənədsiz tapança və 2 ədəd tüfəng ələ keçirilib.
Azərbaycanlı qadın ifadəsində Ramazan s.-in silah gücü ilə onu evə tutduğunu və pul qarşılığında kişilərlə birlikdə olmağa məcbur edildiyini deyib. Nazilə M.-in dediklərinə əsasən Ramazan S. haqqında araşdırma başladılıb və həbs edilib.
A24.az / MTM

