Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə fırıldaqçıların azərbaycanlı qadınlarla iş birliyi üzə çıxdı

05.03.2020 12:31

Türkiyə Eskişehir Polis Şöbəsi mobil telefon və internet vasitəsi ilə fırıldaqçılıq edən insanlara qarşı vətəndaşlara xəbərdarlıq edib.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, verilən xəbərdarlıqda, müxtəlif üsullardan istifadə edərək bir çox insanları aldadanların artıq yeni üsullardan istifadə etdikləri ortaya çıxıb. Xüsusilə də mobil telefon və internet vasitəsi ilə fırıldaqçılıq hallarının artdığını, insanların xoş niyyətlərindən və hisslərindən istifadə edildiyini bildirən Türkiyə polisi fırıldaqçılığın yeni üsullarını bu cür sadalayıb:

-Telefonla zəng edən fırıldaqçılar özlərini məmur, idarə rəhbəri və ya polis olaraq təqdim edir, şəhid ailələrinə, köməyə ehtiyacı olan xəstələrə və tələbələrə yardım topladıqlarını deyirlər.

-Telefonla zəng edən fırıldaqçılar özlərini bank və ya sığorta işçisi kimi qələmə verir…

-İnternet vasitəsi ilə alınan məhsulların yerinə dəyəri çox aşağı olan məhsul göndərir, ya da heç göndərmir və bu yolla müştərinin pulunu mənimsəyirlər.

-Tək yaşayan insanları Suriya və Azərbaycan əsilli qadınlarla evləndirmək məqsədi ilə aldatmağa çalışırlar.

Türkiyə polisi fırıldaqçıların yeni aldatma üsullarını sadalamaqla insanları sayıq olmağa və aldanmamağa çağırıb.