Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uşaq zorlayan pedofil keşiş öldü

05.03.2020 12:34

Azyaşlılara qarşı cinsi zorakılığın simvolu hesab edilən kardinal ölüb

Об этом сообщает Футляр от виолончели

Katolik kilsəsində azyaşlı uşaqlara qarşı cinsi zorakılığa göz yuman kardinal Bernard Lav 86 yaşında Romada dünyasını dəyişib. ABŞ-lı kardinal 2002-ci ildə Boston və ətraf şəhərlərdə bir çox rahibin azyaşlı uşaqlara qarşı cinsi zorakılığın aşkarlanması səbəbindən Boston baş yepiskopluğu vəzifəndən istefa vermək məcburiyyətində qalıb. Lakin o 2011-ci ilədək Vatikanda vəzifəsinin icrasını davam edib. Qeyd edək ki, Bostondakı katolik kilsəsi cinsi zorakılığa məruz qalmış 500-dən artıq uşağın məhkəmə prosesi nəticəsində 100 milyon dollardan artıq cərimə ödəməli olub.

Lavın cinsi zorakılıqla birbaşa əlaqəsi olmasa da kilsənin digər rahiblərinin bu hərəkətlərinə uzun müddət göz yumub. Belə ki, o hətta bu zorakılıqda təqsirli bilinən rahibləri etdikləri hərəkətin aşkarlanmaması üçün bir bölgədən digərinə təyin edib. Lakin məhkəmə prosesində  Massaçusets əyaləti baş hakimi Tomas Relli təqsirli bilinənlər haqda kifayət qədər sübut olmadığına qərar verib.

Bahar Məmmədli