Uşaqlar isdəklərini niyə ağlayaraq dilə gətirir?
05.03.2020 12:34Uşaqların diqqət çəkmək üçün bildiyi tək yol ağlamaqdırmı? Ağlamaq çarəsizlikdənmi irəli gəlir, yoxsa özlərini mi bu cür ifadə edirlər?
Об этом сообщает Футляр от виолончели
Psixoloq Mütəxəssislər bunun səbəblərini araşdırıb. Nəticədə uşaqların nə üçün bir şey istədikləri zaman bunu ağlayaraq ifadə etdikləri ortaya çıxıb.
Uşaq ağlaması insanı həm çarəsiz, həm də məcburiyyət qarşısında qoyan vəziyyətdir.
Uşaqlarının ağlamalarına dözməyərək nə istəsələr verən valideylər az deyil. Mütəxəssislər uşaqlarınızın sizi yox, sizin uşaqlarınızı sağlam formada yola gətirmək üçün bir neçə üsul məsləhət bilir.
Bir çoxlarına görə ortada heç bir səbəb yoxkən, məhz istəklərinin yerinə gəlməsi üçün ağlayan uşaqlar ərkəsöyün sayılır. Bu hallar baş verdiyi zaman valideyin də çox əsəbiləşir və çox zaman uşağa sərt reaksiyalar göstərir. Lakin həmən an uşağın diqqətini çəkə biləcək bir başqa şey, yaxud məşğuliyyət taparaq diqqətini yayındırmaq ilk ağıla gələn hərəkətdir. Amma ağlayan bir uşağın diqqətini çəkmək də bir o qədər asan deyil. Mutəxəssislərin sözlərinə görə açar söz elə baxın budur.
Uşağın anladığı diqqət çəkmək üsulu yalnız ağlamaqdır
İnsan dünyaya ağlayaraq gəlir. Psixoloqların sözlərinə görə, ağlamaq bizim doğulduğumuz andan başlayaraq, bəlkə də , çarəsizliyimizi və alışdığımız mühitdən çıxdığımız üçün əsəbimizi ətrafa göstərməyin ən təbii üsuludur. Bu səbəblə körpələr ilk 6 ayında hər yaşadığı çətinliyi ağlayaraq ifadə edir. Ağlama halları, anca bir ananın uşağını yaxşı tanıdığı və ehtiyaclarına cavab verdiyi halda azalmağa başlayır. Bəzən körpələrin ağlamaları o qədər uzun zaman çəkir ki, uşaqlıq mərhələsinə keçdikdən sonra da bu davranışlarını davam edirirlər. Çünki uşaq artıq ağlamağa alışıb və ağlamağı ünsiyyət forması və diqqətçəkmə üsulu olduğunu qəbul edib.
Ağlamaq çarəsizliyin ətrafa əks etdirilmə halıdır
Ağlamaq insanın içində olduğu mühitə qarşı çarəsizliyini göstərir. Bu səbəblə bir körpənin, yaxud uşağın ağladığı hallar adətən carəsiz qaldıqları zamanlardır. Körpələr acdığı, altını batırdığı, qaz sancıları olduğu zaman bunu dilə gətirə bilmirlər. Buna görə də ağlamaq onların ən önəmli ünsiyyət vasitəsidir. Eyni zamanda, uşaq böyüdükdən sonra da qarşılaşdığı çətinlikləri aşmadan öncə, bu çətinliklərə ağlayaraq reaksiya verir.
Uşaqlara ağlayaraq diqqət çəkməyi də, mənfəət əldə etməyi də özümüz öyrədirik
Ağlamanın bir neçə səbəbi var; uşağın istədiyi bir şey olmadığı zaman, ya da alınmadığı zaman ağlaması, canı ağrıması səbəbindən ağlamaları, diqqət çəkmək üçün ağlamaları, sakitləşdirilməyən ağlamalar və sairə.
Burada diqqətli olmalı olduğumuz əsas məqam odur ki, uşağa ağlayaraq qazanmağı, ya da əldə etməyi öyrətmək olmaz. Bu, çağalıq düvrü ilə başlayır. Çağalıq dönəmlərində ağladığı zaman bəlkə bir oyuncaqla diqqətini dağıtmaq, sakitləşdirməyə çalışmaq böyüdükdən sonra da uşaqda pis vərdişlər əmələ gətirir. Beləcə istədiyi şeyi heç vaxt özü əldə etmədən siz övladınıza verirsiniz. Məqsəd əlbətdə susması, sakitləşməsidir. Bu səbəblə uşağın ağlaması normal qarşılansa da, bunun necə istiqamətləndirildiyi və necə sakitləşdirildiyi böyük əhəmityət daşıyır.
Ağlamaq öyrənilmiş davranışa çevrilir
Uşaqları aldadaraq, başını qataraq, yaxud istədiyini ona verib sakitləşdirməyə çalışaraq təəssüf ki, ağlamağı uşağınız üçün öyrənilmiş davranışa özünüz çevirirsiniz. Bu səbəbdən uşaqlar böyümə mərhələsində qarşı-qarşıya qaldığı bir sıra bilmədiyi hallarda çarəsiz hiss edəcək və acizləşəcək.
Hər vəziyyətdə, uşağınızın ağladığı zaman öncəliyiniz onu susdurmaq olmamalıdır. əvvəcə öz əsəblərinizi cilovlamalısınız. Beləcə sakit qalaraq gözləyin. Uşağı sakitləşdirmək üçün də yuxarıda qeyd etdiyimiz davranışlardan uzaq durun,heç bir şey təklif etmədən, o, tam sakitləşdirkdən sonra onunla düzgün ünsiyyət qurmağa başlayın.

