Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vaşinqton Qafqaza qayıdır, Tramp Bakıya şəxsən isti mesajlar göndərdi – ŞƏRH

05.03.2020 12:35

ABŞ Prezidenti Donald Tramp mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubda Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirdiyini qeyd edib.

Об этом сообщает Роспрес

Xatırladaq ki, Tramp bundan öncə də Respublika günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlamışdı.

Politoloq Elxan Şahinoğlu ABŞ prezidentinin bu münasibətini Azərbaycanın regionda müsbət rol oynamasına verilən qiymət kimi səciyyələndirir:

“ABŞ prezidenti Donald Tramp qısa zaman ərzində azərbaycanlı həmkarı İlham Əliyevə ikinci məktubunu göndərib. Ağ Ev sahibi birinci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik etmişdi. Həmin məktubda bu cümlələr var idi: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır”, “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” və “Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”. Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda da oxşar cümlələr yer alıb: “ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir”, “ ABŞ sizinlə işləməyə hazırdır” və “ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir” və “Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”. Bunlar isti mesajlardır.

Bu cümlələr nədən xəbər verir? Bütün respublikaçı prezidentlər kimi Donald Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və  iqtisadi qazanc da maraqlandırır”.

Xəyalə Bünyatova // A24.Az