Vyetnam müharibəsindən qaçan ata oğlu ilə 40 il meşədə yaşayıb
05.03.2020 12:37Vyetnam müharibəsi zamanı 2 övladını və həyat yoldaşını itirən Ho Van Thanh 41 il meşədə oğlu ilə yaşayıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Ho Van Thanh müharibə zamanı yaxınlıqdakı avtomobilin partladılması ilə ailəsinin 3 üzvü birdəfəlik itirib. Daha sonra onunla birlikdə sağ qalmağı bacaran 2 yaşlı oğlu Ho Van Langı da götürərək meşəyə üz tutub və 41 il burada yaşayıb.
Hadisənin üzərindən illər keçəndən sonra onlar ovçular tərəfindən aşkarlanıb.
Ata-bala hazırda bir kənd evində yaşayır.

